15.09.2021

Sentyabrın 15-də Qobustan rayonu Şikar Şikarov adına Sündü kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib

Açılış mərasimində Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Qobustan rayon Təhsil Şöbəsinin müdiri Tahir Səbzalıyev və məktəb direktoru iştirak edib. Bildirilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir. 15 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 177 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

Açar sözlər: ,  ,  ,  ,