15.09.2021

Sentyabrın 15-də İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 15-də İsmayıllı şəhər Mədəniyyət Sarayında keçirilən İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin Sevil Əhmədova, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Təhsil İnstitutu (ARTİ), Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransı giriş nitqi ilə açan İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev konfransın işinə uğurlar arzulayıb. Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Konfrans çərçivəsində təhsildə innovasiyalar, müəllim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi, məktəbdaxili qiymətləndirmənin təşkili və digər məsələlər barədə məlumat verilib.

Açar sözlər: ,  ,