07.09.2021

Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir. Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5 (həftəiçi 5 gün), eləcə də (+994) 51 206 78 48 “Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür. Alternativ qeydiyyat mərkəzlərinin siyahısı aşağıda təqdim edilib. Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından məlumat ala bilərlər.

Açar sözlər: ,