30.07.2021

“ZƏFƏR” düşərgəsi

Quba STEAM Mərkəzində ŞƏHİD övladları üçün təşkil edilən “ZƏFƏR” düşərgəsində bir gün İyulun 25-dən ölkəmizdə fərqli və maraqlı layihəyə start verilib. Vətən müharibəsində qazanılan zəfərdə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng, əyləncəli yay tətili təşkil edilib. 71 şəhid balası üçün düşərgə salınıb, adına da “Zəfər” düşərgəsi deyiblər. Müxtəlif yaş qrupunda olan 71 uşaq 8-9 və 10 nəfərlik qruplarda birləşib. Düşərgə 2 alt qrupa bölünüb. Birinci və ikinci alt düşərgələrin hər birində 4 kiçik qrup fəaliyyət göstərir. Hər qrupda rəhbər və onun köməkçiləri uşaqlarla iş qurur. STEAM dərsləri Proqramın əsas hissəsi STEAM təlimləri üzərində qurulub. Uşaqlar 3D dizaynı tərtib edir, layihələrini 3D printerlərdə çap edir, kiçik mühəndislər olaraq layihələr işləyib hazırlayırlar. Mikrobitdə kodlaşdırma və alqoritmlər üzərindən əmrlər verir, onu praktiki olaraq reallaşdırırlar. Fəaliyyətlərdə öyrənmə istiqaməti Hər gün 8 əsas mövzu üzrə hər biri 90 dəqiqəlik təlimlər keçirilir. 3D dizayn, mikrobit, kodlaşdırma, həmçinin kapoero, dağçılıq, aykido, xilasedicilik, ilk tibbi yardım, kinoloq və çölçülük üzrə təlimlərə qatılan uşaqlar həyati bilik və bacarıqları əldə edirlər. Edərək öyrənmək prinsipi ilə qurulan bu təlimlərə məktəblilər böyük maraq göstərirlər. Düşərgədə axşam əyləncəsi Hər gün Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaqların axşam proqramı hazırlanır. Rəqs, musiqi, şən və hazırcavablar klubu qurulur, axşam əyləncəsi başlayır.


Açar sözlər: ,  ,