16.04.2021

Yerli İdarələrdə təyinat

Qobustan Rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə Gülaliyev Füzuli Qərib oğlu ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuş, 08.04.2021-ci il tarixli 045 nömrəli Sərəncamına əsasən həmin vəzifəyə Səbzalıyev Tahir Bəylər oğlu təyin edilmişdir. Tahir Səbzaliyev 2004-cü ildə Gəncə Dövlət Universitetini riyaziyyat və fizika ixtisası üzrə bitirmişdir. 2004-2007-ci illərdə Qobustan rayonu Cəmcəmli kənd tam orta məktəbində müəllim, 2007-2013-cü illərdə Təklə kənd tam orta məktəbində müəllim, 2013-cü ildən həmin məktəbin direktor vəzifəsinin icrası ona həvalə olunmuşdur. 2015-ci ildə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək Təklə kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.