Qobustan rayon Cəmcəmli kənd tam orta məktəbində məktəbin adını daşıyan, məktəbin məzunu Rauf Babaşovun şəhadətə yüksəlməsinin ildönümü keçirilib

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tural Nadirov şəhidin keçdiyi döyüş yolundan bəhs edib. Sonra şəhidin sinif yoldaşları müəllimlər və şəhid anaları Rauf Babaşovun qəhrəmanlığından bəhs edib. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib. Məktəbin hərbi rəhbəri Altay Əmirov çıxışında Şəhidimizin həyatından, Azərbaycan ordusunun möhkəmlənməsindən, aprel zəfərindən geniş şəkildə danışıb. Qeyd edək ki, Rauf Babaşov 1967-ci ildə Cəmcəmli kəndində anadan olub. 1991ci ildə könüllü olaraq özünümüdafiə batalyonuna qoşulub. 1991-ci il dekabr ayının 28-də Xankəndi rayonu Kərkicahan qəsəbəsi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

Açar sözlər: ,