Füzuli Gülalıyev

Müdir

 

Gülalıyev Füzuli Qərib oğlu 1961-ci ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub.1981-1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində tarix ixtisası üzrə təhsil almışdır. 1982-1983-cü illərdə Şamaxı rayonunun Bakı kolxozunda kolxozçu, 1983-1986-cı illərdə Bakı kolxozu azad komsomol komitə katibi və azad partiya komitəsinin katibi, 1986-1990-cı illərdə Şamaxı rayununun Göydərə kəndində müəllim, 1990-1993-cü illərdə Azərbaycan LKGİ Qobustan rayon Komitəsinin birinci katibi, 1993-1995-ci illərdə Qobustan rayon Xalq Deputatları Sovetinin sədri, 1996-1998-ci illərdə Dövlət Əmək Komitəsi Qobustan rayon özəlləşdirmə şöbəsinin rəisi, 1998-1999-cu illərdə Dövlət Əmək Komitəsi Şamaxı bölgə özəlləşdirmə şöbəsinin baş məsləhətçisi, 1999-2000-ci illərdə Azərpoçt dövlət Müəssisəsi Qobustan Poçtmatının rəisi, 2001-2014-cü illərdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini vəzifələrində işləmişdir. 2014-cü ildən Qobustan Rayon Təhsil Şöbəsinin müdiridir.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının sədridir.

Ailəlidir, 5 övladı var.