28.12.2019

Məktəbin məzunu və həmin məktəbə adı verilmiş Rauf Babaşovun şəhadətə yüksəlməsinin ildönümü keçirilib

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tural Nadirov şəhidin keçdiyi döyüş yolundan bəhs edib. Sonra şəhidin sinif yoldaşları, müəllimlər və şəhid anaları Rauf Babaşovun qəhrəmanlığından danışıblar. Məktəbin hərbi rəhbəri Altay Əmirov çıxışında tədbir iştirakçılarını Şəhidimizin həyatından, Azərbaycan ordusunun möhkəmlənməsindən, aprel zəfərindən geniş şəkildə məlumatlandırıb. Şəhid anaları tədbirin keçirilməsinə görə məktəb rəhbərliyinə öz minnətdarlığını bildiriblər. Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib. Qeyd edək ki, Rauf Babaşov 1967-ci ildə Qobustan rayon Cəmcəmli kəndində anadan olub. 1991-ci ildə könüllü olaraq özünümüdafiə batalyonuna qoşulub. 1991-ci il dekabr ayının 28-də Xankəndi rayonu Kərkicahan qəsəbəsi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi. 2 övladı yadigar qalıb.


Açar sözlər: ,  ,