22.11.2019

Məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarında olub

18-21 noyabr tarixlərində ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədi ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi üzrə Qobustan rayon məktəblilərinin Quba rayonuna səfəri baş tutub. Qubada olduqları müddətdə məktəblilər Heydər Əliyev Mərkəzi, Quba Gənclər Mərkəzi, Quba tarix-diyarşünaslıq muzeyi Quba soyqırım memorial kompleksi, tarixi-mədəniyyət abidələri, Quba xalça sexləri ilə tanış ediliblər. Tur iştirakçıları həmçinin, "Rixos" otelə də səyahət ediblər. Turun sonunda Nə? Harada? Nə zaman? intelektual oyunu zamanı 9 rayon məktəbliləri arasından  Qobustan rayon məktəbliləri I yeri tutmuşdular.


Açar sözlər: