13.06.2019

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi

10 iyun 2019-cu il tarixində Qobustan Rayon Təhsil Şöbəsinin akt zalında Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “ Ən yaxşı qiraətçi “ müsabiqəsinin rayon mərhələsi keçirildi. Müsabiqədə rayonun 18 tam orta məktəbində təhsil alan XI sinif şagirdləri iştirak edirdi.Qobustan Rayon Təhsil Şöbəsinin müdirinin əmri ilə yaradılmış komissiyanın qərarına əsasən 3 nəfər qalib müəyyən edildi.


Açar sözlər: ,  ,  ,