31.05.2019

CAHANA SIĞMAYAN NƏSİMİ-650  

Qobustan şəhər 3 saylı  məktəbdə  Azərbaycan xalqının  ümumbəşər  mədəniyyətinə bəxş etdiyi qudrətli söz sənətkarı İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubleyinə həsr edilmiş “ Cahana sığmayan Nəsimi-650”adlı ədəni- bədii gecə  keçirildi.

    Möhtərəm prezidentimiz cənab İlham Əliyev  15 noyabr 2018-ci il tarixdə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

2019-cu ilin Nəsimi ili elan edilməsi də dövlət başçısinin söz sənətkarlarına verdiyi yüksək qiymətin nəticəsidir.

    Bu bir həqiqətdir ki,  Nəsiminin Azərbaycan mühitində yenidən tanıdılmasında ümummilli liderimiz H.Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, H.Əliyevin ciddi səyləri nəticəsində Nəsiminin 1973-cü ildə 600 illik yubileyi son dərəcə möhtəşəm bir şəkildə keçirilmişdir.Ulu öndər o günləri yada salarkən deyirdi:

“ Nəsiminin 600 illik yubleyini keçirdiyimiz zaman bu günyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdıq.

... 600 il sonra  biz Nəsiminin Hələb şəhərindəki  məzarını tapdıq. İndi onun məzarı oraya gedənlər üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına  məxsus olan nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə , elminə,mədəniyyətinə tanıtmaq, şübhəsiz, ki xalqımızın hörmətini qaldırmaq deməkdir.”

     Həmin illərdə Nəsiminin Azərbaycan xalqına yenidən və bütöv qayıdışı istiqamətində böyük işlər görüldü. Nəsimi haqqında çox gözəl bir film yarandı.Heydər Əliyev siyasi məktəbinin davamçısı  möhtərəm prezidentimiz İlham Əliyev yenidən  Nəsimi ilə bağlı sərəncamlar imzaladı. . Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün yerlərdə müxtəlif tədbirlər keçirilir. Öz ənənələri ilə  seçilən Qobustan şəhər  3 saylə məktəbin hazırladığı tədbir isə  özünəməxsusluğu ilə seçilir.

     Tədbirdə Qobustan İcra hakimiyyətinin nümayəndələri Afdandil Şikarov,Səfər İbrahimov, Qobustan Rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyev, Təhsil Şöbəsi Həmkarlar İttifaqının sədri Ənvər Qayıbov, Şamaxı  rayonu Sabir qəsəbə  tam orta məktəbinin müəllimlərindən ibarət nümayəndə heyəti, Qobustan rayonunun ümumtəhsil məktəblərinin  bir neçəsinin direktorları və müəllimləri, Azərbaycan Pespublikasının Əməkdar müəllimi Musa Eyyubov və başqaları qonaq qismində iştirak edirdilər. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Məhərrəmova hazırlamışdır.

    Məktəbin direktoru Əlibəy Abduləzizov qonaqları salamlayıb tədbir haqqına qısa məlumat  verdikdən sonra ədəbi-bədii gecə  Nəsimi obrazını canlandıran Xb sinif şagirdi Allahyar Şükürovun səhnəyə daxil olub Fikrət Əmirovun  “Nəsimi haqqında dastan” musiqisinin sədaları  ilə Nəsiminin məhşur  misralarını söyləməklə başladı.  Şagirdlərin bir- birindən  maraqlı çıxışları hər kəsi heyran edirdi. Tədbirin aparıcısı məktəbin tarix müəllimi Şəhla Rəsulovanın tədbirin möhtəçəm keçirilməsindəki  əməyini xüsusi qeyd etmək  lazımdır.Gənc müəllimlər Aytac Əlizadə, Güllər Pənahlı,Təranə Cəlilova, məktəb uşaq birliyinin rəhbəri Qəndaf Cəlilova tədbirin mükəmməl  şəkildə başa  çatması üçün  çalışırdılar.

     Tədbirdə Nəsimi sözünün ,Nəsimi dünyasının işığına toplaşan hər kəsə bir daha aydın oldu ki,  Nəsimi sadəcə şair deyil, o, filosof-şairdir, tamamilə yeni bir fəlsəfi məktəbin yaradıcısıdır. Onun “ənəlhəq” fəlsəfəsi - insanı Allah mərtəbəsinə ucaltması  çox maraqlı və düşündürücüdür. Dünya fəlsəfə tarixində, bəşər humanizmində çox orijinal və maraqlı yanaşmalardan biridir. Bu həqiqət ən böyük hökümdarları belə şairin sözü qarçısında mat qöymuşdur. Bu hökmdarlar Şeyx İbrahim də,Teymur Ləng də, başqaları da ola bilərdi.       

 

Tədbirin maraqlı məqamları biri də bu oldu ki, . Məktəbin  VIIIb sinif şagirdləri Şairin  məhşur”Məndə sığar iki cahan”  qəzəlini  öz başa  düşdükləri  kimi tamaşaçılar qarşında təhlil etdilər. Şagirdlərin fikirləri alqışlarla qarşılandı. Dini dəyərlər məhz Nəsimi kimi mütəfəkkir şəxsiyyətlərin təqdim etdiyi səviyyədə, insanın duyacağı anlamda təbliğ olunmalıdır

 

 

        Tədbirin musiqi tərtibatına Qobustan Şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimləri yaxından kömək etdilər. Nəsimi qəzəlləri muğamlarda ifa olundu.

Dini dəyərlər məhz Nəsimi kimi mütəfəkkir şəxsiyyətlərin təqdim etdiyi səviyyədə, insanın duyacağı anlamda təbliğ olunmalıdır. Məktəbin  VIIIb sinif şagirdləri Şairin  məhşur”Məndə sığar iki cahan”  qəzəlini  öz başa  düşdükləri  kimi tamaşaçılar qarşında təhlil etdilər. Şagirdlərin fikirləri alqışlarla qarşılandı.

      

Ədəbi-bədii gecə şairin “Mənəm,mən” rədifli qəzəli ilə yekunlaşdı . Bundan sonra tədbirin davamı əsl elmi konfransı xatırlatdı. Çıxış edənlər şairin yaradıcılığı haqqında dəyərli fikirlər söylədi.