07.05.2019

    Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi

    30.04.2019-cu il tarixində Qobustan Rayon  Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin  № F-82 əmrinə əsasən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi”nin keçirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə tədbir keçirilib.

    Tədbirdə rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti, qonaqlar və şagirdlər iştirak edib.

    Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə ümumtəhsil məktəblərində “İmadəddin Nəsimi” aylıqlarının keçirilməsinin əhəmiyyətindən danışdı. . Sonra tədbir şagirdlərin hazırladıqları Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyatını əks etdirən kiçik səhnəciklər və qəzəllərlə davam etdirilib.


Açar sözlər: ,  ,