29.04.2019

    Qobustan Rayon Təhsil Şöbəsi

    24.04.2019-cu il tarixində Qobustan Rayon Təhsil Şöbəsinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirinin “ Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri ” barədə 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 5-ci bəndinə əsasən, ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqət artırmaq, təhsil işçilərinin bu barədə rəy və mühazirələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək məqsədilə Pedaqoji mühazirələr keçirildi.