05.03.2019

Qobustan rayon Təhsil Şöbəsində müşavirə

 

 

Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramovun martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda  keçirilən müşavirədəki çıxışı Qobustan rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şurasında ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə geniş şəkildə müzakirə edilib.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri, məktəb direktorları və qabaqcıl təhsil işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə Qobustan rayon Təhsil Şöbəsinin müdiri F.Gülalıyev açaraq Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun müşavirədki çıxışında qeyd olunanları,  təsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu, son illər bu sahədə aparılan islahatlar, ümumi təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında ümumi təhsilin   müstəsna əhəmiyyətə malik olmasından  və bu baxımdan ən geniş əhatə dairəsi olan bu təhsil pilləsinə həmişə xüsusi diqqət göstərilməsini şura üzvlərinin diqqətinə çatdırıb.

Müşavirə qarşılıqlı müzakirələrlə davam etdirilib.