21.01.2019

 “20 Yanvar Milli Matəm günüdür”

Qobustan rayonunda “20 Yanvar” faciəsinin 29-cı ildönümü ilə əlaqədar olaraq “20 Yanvar Milli Matəm günüdür” adlı rayon tədbiri keçirilib. Tədbirdə Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, RİH başçısının müavinləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının  kollektivləri, rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak edib.

Yanvarın 20-də anim mərasimi şəhidlərin abidəsi önünə qərənfil dəstələri qoymaqla başlayıb.

Tədbir rayon İcra hakimiyyətinin akt zalında davam etdirildi. Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları geniş məruzə ilə çıxış edib.  Adil Məmmədov qeyd edib ki,   1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi,milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi daima yaşayacaqdır

Tədbirdə şəhər 1 saylı, 2 saylı, 3 saylı tam orta məktəblərinin və şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 yanvar Milli Qürur günümüzdür” adlı  ədəbi-bədii kompozisiya nümayiş etdirilib.