15.01.2019

Qobustan rayon Təhsil Şöbəsində müşavirə keçirilib

Qobustan rayon Təhsil Şöbəsində müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydasının təsdiq edilməsi barədə 28 dekabr 2018-ci il tarixli Kollegiya qərarı müzakirə olunub.

Müzakirədə rayon Təhsil Şöbəsinin əməkdaşları və rayon ümumtəhsil məktəblərinin rəhbər işçiləri iştirak edib.

Müzakirə zamanı qarşıya çıxan bütün suallar cavablandırılaraq məktəb rəhbərlərinə tövsiyələr verilib.