28.12.2018

Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü”

        28 dekabr Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il”     tədbiri keçirilib.

        Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının  kollektivləri və rayon əhalisi iştirak edib.  Rayon  İcra Hakimiyyəti başçısı cənab Adil Məmmədov tədbirdə çıxış edərək ötən 2018-ci ildə rayonumuzda  aparılan  sosial-iqtisadi inkişafdan danışaraq qarşıdakı 2019-cı ildə görüləcək işlər  barədə ətraflı məlumat verib. Cənab Adil Məmmədov  vurğulayıb ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. Rayonun rəhbəri bütün qobustaqnlıları “31 dekabr - Dünya         Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirib.

        Sonra rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər, ifalar səsləndirilib.Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,