26.12.2018

Muradov Muradxan  Hacımurad  oğlu

   

Qobustan şəhər  3 saylı tam orta məktəbində məktəbin informatıka müəllimi, dəyərli insan, tanınmış  müəllim Muradov Muradxan  Hacımurad  oğlunun pedaqoji fəaliyyətinin 47-ci ildönümü münasibəti ilə “Ömür yolu” adlı tədbir keçirilib.

Tədbirdə təhsil işçiləri,rayon ictimaiyyətinin nümayəndələri və Murad müəllimin yetirmələri iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Əlibəy Abduləzizov açaraq  müəllim adını şərəflə daşıyan Murad müəllimin biliyi, pedaqoji ustalığı,metodiki  hazırlığı ilə seçilən bir müəllim olmasından söz açıb. Sonra tədbirdə  Murad müəllimin  yetirmələri  məktəb illərindən, müəllimlərinin onların üzərindəki zəhmətdən ürəkdolusu danışıb.

Tədbir məktəblilərin hazırladığı müsiqili bədii nümunələrlə davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,