14.12.2018

Çalov  kənd ümumi orta məktəbində həyata keçirilən tədbirlər

Qobustan rayon Çalov  kənd ümumi orta məktəbində Ümumi təhsil sistemində 2018-2019-cu dərs ilinin proiitet istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.08.2018-ci F-550 nömrəli əmrinin həyata keçirilməsi üzrə Qobustan Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq müəyyən işlər həyata keçirilib.

Rayonun Çalov kənd ümumi orta məktəbində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırıması,fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlilı əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyətinin artırılması ilə əlaqədar olaraq müəyyən tövsiyələr verilib.