12.12.2018

Ümummilli liderimiz Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir

12 Dekabr-ümummilli liderimiz Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon ictimayəti, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir Qobustan rayon Heydər Əliyev parkındakı Ulu Öndərin abidəsi önünə gül qoyuluşu ilə başladı.Sonra Qobustan rayon Heydər Əliyev Mərkəzində tədbir davam etdi.

Qobustan RİH -nin Başçısı cənab Adil Məmmədov çıxış edərək bu gün bütün Azərbaycan xalqının öz xilaskarı, ümummilli lideri Heydər Əliyevin anım gününü qeyd etdiyini, Ulu öndərin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə andığını bildirib.

 Tədbir şagirdlərin ifasında şeir və kompozisiyalarla sona çatdı.

 


Açar sözlər: ,  ,  ,  ,