04.12.2018

Respublika  fənn Olimpiadasının  məktəb turu keçirilib

Qobustan rayon ümumtəhsil məktəblərindən Şəhər 2 saylı tam orta, Təklə Mirzəbaba kənd tam orta, Sündü kənd tam orta və Ərəbşalbaş kənd tam orta məktəblərində  Respublika  fənn Olimpiadasının  məktəb turu keçirilib.

Olimpiadanın keçirilməsində məqsəd rayonun ümumtəhsil məktəblərində istedadlı şagirdlərin aşkarlanması,  onların olimpiadanın rayon və respublika turlarında iştirakını təmin etmək olub.

Olimpiadanın  keçirilməsi üçün məktəb direktorlarının  əmrinə əsasən komissiya yaradılaraq, suallar tərtib edilib. Olimpiadanın  məktəb turu 7 fənn üzrə obyektiv və tam şəffaf  şəraitdə keçirilib.