28.11.2018

“Məktəblər arasında respublika çempionatı” nın yekunları

        Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşfiqi,  ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırılması, olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi məqsədilə birlikdə hazırladıqları əmrə uyğun olaraq Qobustan rayon ümumtəhsil məktəb şagirdləri də “Məktəblər arasında respublika çempionatı” nın əsasnaməsinə uyğun olaraq “ Atletika “ , “ Voleybol “, “ Basketbol “, və “ Şahmat “ idman növləri üzrə məktəbdaxili və rayondaxili yarışlarda iştirak edərək Zona mərhələsində iştirak edəcək komandalar müəyyən olunub.


Açar sözlər: ,  ,  ,  ,