26.11.2018

Quba-Qusar-Xaçmaz istiqaməti üzrə səfər

“Ölkəmizi tanıyaq”  tur-aksiya zamanı  rayonumuzun məktəbliləri 18-21 noyabr tarixlərində Quba-Qusar-Xaçmaz istiqaməti üzrə səfər edib. Şagirdlərimiz Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görüldüyünün şahidi olub. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alaraq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olub. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər.

Bu tur-aksiya zamanı Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə və digər yerlərə  ekskursiyalar, habelə tur-aksiyanın üçüncü günü keçirilən  “Nə? Harada? Nə zaman?” intellektual oyunu zamanı şagirdlərimizin üçüncü yerə laiq görülməsi məktəblilərin yaddaşında silinməz izlər qoyub.


Açar sözlər: ,  ,  ,  ,  ,