23.11.2018

"Ölkəmizi tanıyaq" tur-aksiyası

        Qobustan rayonunda “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən tur-aksiyasında iştirak edən şagirdlər üçün yüksək səviyyədə yola salınma mərasimi təşkil olunub

        Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə Qobustan rayon ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin Quba-Qusar-Xaçmaz bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil edilib.

        Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq olub.

        Quba-Qusar-Xaçmaz istiqaməti üzrə səfər edəcək şagirdlərin yolasalınma tədbiri ümummilli lider Heydər Əliyev adına parkda təşkil olunub. Tədbirdə rayon ictimayyət nümayəndələri, valideyinlər və şagirdlər iştirak etdilər. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidısinin önünə gül dəstələri düzüb. Tədbirin sonunda musiqi sədaları altında şagirdlər yola salınıb.


Açar sözlər: ,  ,  ,  ,