16.11.2018

 “Samaritan bağlaması” təşkilatı

 

13.11.2018-ci il tarixində Amerikada yaşayan imkanlı şəxslərin təşkil etdiyi “Samaritan bağlaması” təşkilatının üzvləri Qobustan rayonu Ş.Şikarov adına Sündü kənd  tam orta məktəbin şagirdlərinin qonağı olub.

Tədbirdə məktəb müəllimləri valideyinlər və şagirdlər iştirak edib.

 Samaritan bağlaması təşkilatının üzvlərindən ibarət nümayəndə heyəti görüş zamanı şagirdlərlə maraqlı yarışlar və oyunlar keçirərək gün ərzində onlarla maraqlı vaxt keçirib. Sündü kənd tam orta məktəbinin şagirdləri də gələn qonaqları həvəslə qarşılayaraq onlar qarşısında öz bilik və bacarıqlarını nümaiş etdirib.

Görüşün sonunda “Samaritan bağlaması” təşkilatının üzvləri məktəbin 239 şagirdinə məktəb ləvazimatları olan bağlamalar hədiyyə edib.


Açar sözlər: ,  ,