08.11.2018

Bayrağımız qürurumuzdur

        Qobustan şəhər 3 saylı tam orta  məktəbdə 9 Noyabr Bayraq Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur”adlı bayram tədbiri keçirilib. Tədbirdə məktəbin kollektivi ilə  yanaşı Azərbaycan Respublikası Prezidenti  yanında Bilik Fondunun məsul nümayəndəsi  Elvin Hətəmov, Qobustan Rayon Təhsil Şöbəsinin müdir əvəzii Ənvər Qayıbov,Təhsil Şöbəsinin əməkdaşları ,Pedaqoji əməkdaşlıq çərçivəsində Qobustan şəhər 3 saylı tam orta məktəblə qardaşlaşmış Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin direktoru, müəllimləri  və şagirdlərindən  ibarət nümayəndə heyəti, Qobustan Şəhər Uşaq İncəsənət Məktəbinin  direktoru, müəllim və  şagirdlərinin bir qrupu, Sündü kənd orta  məktəbinin direktoru , Qobustan şəhər 2 saylı tam orta  məktəbin nümayəndələri və digər qonaqlar iştirak edib.

        Tədbiri giriş sözü ilə məktəbin direktoru Ə.Abduləzizov açaraq Milli Bayrağımızın keçdiyi şanlı,tarixi yol haqqında tədbir iştirakçılarına geniş məlumat verərək,  2009-cu il noyabrın 17-də möhtərəm  prezidentimiz  İlham Əliyevin  “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladığını bildirib.

        Bayram tədbirində Azərbaycan Respublikası Prezidenti  yanında Bilik Fondu qardaşlaşmış məktəblər arasında keçirdiyi “Bayrağımız qürurumuzdur” adlı inşa müsabiqəsində  ən yüksək yerlərə layiq görülmüş Qobustan şəhər 3 saylı tam orta məktəbin şagirdlərini İsmiyeva Esmira (I yer), Rəsullu Zəhra (II yer)  və Məmmədova Ayişəni  (III yer)  fondun diiplom və hədiyələri ilə mükafatlandırıb.

        Tədbir rəsmi çıxışlardan sonra  gənc müəllimlərin hazırladığı  bədii proqramla davam etdirilib. Şagirdlər vətənə, bayrağa həsr edilmiş  maraqlı kompazisiya, şeir, mahnı,rəqslərlə  çıxış etdib.

        Tədbirin sonunda Qobustan şəhər 3 saylı tam orta məktəbin kollektivi məktəbə dəvət olunmuş qonaqlarla çay süfrəsi ətrafında gələcəkdə görəcəkləri işlər haqqında fikir mübadiləsi aparıb.

 


Açar sözlər: ,  ,  ,  ,