07.11.2018

Məktəblər arasında respublika çempionatı

06 noyabr 2018-ci il tarixində "Məktəblər arasında respublika çempionatı"nın proqramına daxil olan atletika üzrə rayon mərhələsi keçirilib. Çempionatda rayon ümumtəhsil məktəblərinin V - VII sinif şagirdlərindən ibarət komandalar iştirak edib. Qızlar və oğlanlardan ibarət komandalar 100m, 200m və 400m məsafəyə qaçış üzrə qüvvələrini sınayıb.

Komanda hesabında A.Çernyayevski adına Qobustan şəhər 1 saylı məktəbin komandası I yeri, Ərəbşalbaş kənd tam orta məktəbin komandası II yeri, Xilmilli kənd tam orta məktəbin komandası isə III yeri tutub


Açar sözlər: ,  ,  ,  ,