Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi,ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdən kənar fəaliyyətlərinin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi məqsədilə “ Məktəblər arasında respublika çempionatı”nın keçirilməsini təmin etmək üçün 26.09.2018-ci il tarixində verdikləri birgə əmrə əsasən Qobustan Rayon ümümtəhsil məktəblərində “ Məktəblər arasında respublika çempionatı “ nın (Şahmat, Atletika, Voleybol, Basketbol idman növləri üzrə ) təşkili və keçirilməsi nəzərdə tutulub.. Yarışın məkdəbdaxili mərhələsi oktyabr ayında keçirilərək başa çatıb. Rayon daxili mərhələsi noyabr ayınında başlayacaq.