12.10.2018

 Qobustan rayon Təhsil Şöbəsində rayonun idman müəllimləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.09.2018-ci il tarixli F-670 saylı əmrinin icrası ilə əlaqədar Qobustan rayon Təhsil Şöbəsində rayonun idman müəllimləri ilə görüş keçirilib.

Görüşdə rayon Təhsil Şöbəsinin müdiri F.Gülalıyev, rayon Təhsil Şöbəsinin əməkdaşları və fiziki tərbiyə müəllimləri iştirak edib.

Görüşün məqsədi rayonun ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırılması. Olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadə olunması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətinin qiymətləndirilməsinin böyük əhəmiyyətə malik olması olub.

Görüşün sonunda rayon Təhsil Şöbəsinin müdiri F. Gülalıyev müəllimlərə öz tövsiyələrini verib.

 


Açar sözlər: ,  ,  ,