11.09.2018

11 sentyabr  2018-ci il tarixində Qobustan şəhər 1 saylı tam orta məktəbində metodik bölmə iclası keçirilib.

10 sentyabr 2018-cı il tarixdə keçirilən Qobustan rayon müəllimlərinin ənənəvi sentyabr konfransının davamı olaraq 11 sentyabr  2018-ci il tarixində Qobustan şəhər 1 saylı tam orta məktəbində metodik bölmə iclası keçirilib.

Metodik bölmə iclasları Təhsil işçilərinin 2018-ci il sentyabr konfransının keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 30 avqust 2018-ci il tarixli F-579 saylı əmrinin 5.3 bəndinə uyğun olaraq keçirilib. Bölmə iclaslarına rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyevin rəhbərlik edib. İclasda rayon ümumtəhsil məktəblərinin məktəb direktorları, təlim-tərbiyə üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, praktik psixoloqlar və uşaq birliyi təşkilatı rəhbərləri iştirak ediblər.

Bölmə iclasında ötən tədris ilinin buraxılış imtahanlarının nəticələri müzakirə olunaraq  nəticəsi zəif olan məktəb direktorlarına tövsiyələr verilib. Müzakirədən sonra rayon Təhsil Şöbəsinin müdiri  F. Gülalıyev  ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet  fəaliyyət  istiqamətləri barədə mühazirə ilə çıxış edib.


Açar sözlər: ,  ,  ,