10.09.2018

Qobustan rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

10 sentyabr 2018-cı il tarixdə Qobustan Rayon Gənclər Mərkəzində rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil  Məmmədov, Təhsil Nazirliyinin nümayəndəsi  Zöhrab Kəlbəlıyev,  qəbul imtahanlarında yüksək bal toplamış məzunlar, qabaqcıl iş təcrübəsi olan müəllimlər və icitimaiyyət nümayəndələri iştirak edib.

Qobustan RTŞ-nin müdiri F.Gülalıyev “2017/2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb. Təhsil Nazirliyinin nümayəndəsi Zöhrab Kəlbəliyev  Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun adından rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. RİH Başçısı cənab Adil Məmmədov müəllim  əməyinin ucalığından, məktəbin və ictimaiyyətin təhsil sahəsində qarşısında duran vəzifələrdən danışdı. Çıxışlardan sonra 15 nəfərdən ibarət Təhsil Şurasının tərkibi təsdiq olunub. Konfrans iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanıb.

Sonda qəbul imtahanında 500-dən yüksək bal  toplayaraq ali məktəblərə qəbul olan məzunlar və öz işində fərqlənən müəllimlərə fəxri fərman və mükafatlar təqdim olunub.