19.06.2018

 “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də Qobustan rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Rayonun 18 tam orta məktəbində təhsil alan 332 şagird bu il məzun adını qazanıb.

Ümumi təhsil məktəblərinin ərazisində təşkil olunan tədbirlərdə təhsil şöbəsinin nümayəndələri, valideynlər, ictimaiyyət nümayəndələri,  məzunlar və şagirdlər  iştirak edib.

Son zəng tədbirləri rayonun Cəmcəmli, Şəhər 3 saylı, Çuxanlı və Sündü kənd tam orta məktəblərində daha yaddaqalan keçirilib.

“Son zəng” tədbirləri Dövlət  himninin səsləndirilməsi ilə başlayıb, daha sonra çıxış edənlər məzunları təbrik edib. Tədbirlər məzunların hazırladıqları kompozisiyalarla davam etdirilib və sonda “son zəng” çalınıb.

 


Açar sözlər: ,  ,  ,