13.06.2018

 “Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib

Qobustan rayonunda “Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Qobustan rayon Təhsil Şöbəsinin müdiri  Füzuli Gülalıyev, ümumtəhsil məktəblərinin pedaqoji kollektivi  və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir Qobustan rayon Heydər Əliyev parkında gül qoyma mərasimi ilə başlayıb.Tədbir daha sonra Qobustan rayon Gənclər Mərkəzində davam etdirilib.

Tədbirdə  Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxışında Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənir, Azərbaycan günbəgün inkişaf edir, qüdrətli, zəngin dövlətə çevirilirdiyini qeyd edərək  bu münasibətlə rayon ictimayyətini təbrik edib.

Sonra tədbir musiqili proqramla davam etdirilib.

 


Açar sözlər: ,  ,  ,