12.06.2018

Respublika Fənn Müsabiqələrinin 1-ci turunun nəticələri açıqlanıb

03.06.2018-ci il tarixində keçirilən IV məktəblilərarası Respublika Fənn Müsabiqələrinin 1-ci turunun nəticələri açıqlanıb. Keçirilmiş müsabiqədə 60% və daha yuxarı nəticə göstərmiş iki şagirdimiz Aslanlı Aytac Yadigar qızı və Hümbətov Əli Rəhman oğlu Fənn Müsabiqələrinin final mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsbiqənin  Final mərhələsi 30 iyun 2018-ci il tarixində saat 14:00-da Bakı şəhərində keçiriləcəkdir. İmtahan mərkəzləri olaraq Fizika, riyaziyyat və informatika təmayüllü lisey və Kimya biologiya təmayüllü Respublika liseyi müəyyənləşdirilib.


Açar sözlər: ,  ,  ,