08.06.2018

Qobustan və  Şamaxı Rayon Təhsil Şöbələri arasında pedaqoji əməkdaşlıq

Təhsil Nazirinin 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmri ilə  Qobustan və  Şamaxı Rayon Təhsil Şöbələri arasında pedaqoji əməkdaşlıq yaradılıb.

Rayon Təhsil Şöbələri arasında hazırlanmış tədbirlər planına müvafiq olaraq məqsədyönlü işlər uğurla həyata keçirilməkdədir.Aparılmış əməkdaşlığın davamı olaraq Şamaxı rayon Təhsil işçiləri və bir qrup pedaqoji heyət növbəti dəfə,Qobustan rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərindən Cəyirli kənd tam orta, Çalov kənd və Cəyirli kənd ümumi orta məktəblərinin pedaqoji heyəti və şagirdləri ilə görüşüb. Bir çox qabaqcıl müəllimlərin dərsləri dinlənilib. Pedaqoji təcrübələrin qarşılıqlı öyrənilməsi və istedadlı şagirdlərlə işin təşkili yolları müzakirə edilib.