06.06.2018

“Ədəbiyyat biliciləri” mükafatlandırılıb 

İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov üçüncü ildir ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirildiyini söyləyib.

Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.

Müsabiqənin nəticələrinə görə 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 şagird isə tərifnamayə layiq görülüb.

Qobustan rayon təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərindən şəhər 2 saylı tam orta məktəbinin X sinif şagirdi Mürsəlova Səidə Asif qızı müsabiqədə iştirak edərək III yerə laiq görülüb.

Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar da təqdim olunub.

 


Açar sözlər: ,  ,  ,