05.06.2018

 “Pedaqoji mühazirələr”in ölkə mərhələsinin iştirakçıları müəyyənləşdirilib

“Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin ölkə mərhələsi keçiriləcək.

Məlumat üçün bildirək ki, pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Qobustan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlərin mühazirələri də Təhsil Nazirliyinə göndərilib. Mühazirələrə mütəxəssislər tərəfindən baxılıb və ölkə mərhələsinin iştirakçısı müəyyənləşdirilib.

Qobustan rayon 2 saylı tam orta məktəbin tarix müəllimi Faiq Hüseynovun “İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda yazdığı mühazirəsi ölkə mərhələsinə vəsiqə qazanıb.

Ölkə mərhələsinin iştirakçıları 9 iyun 2018-ci il tarixdə saat 9.30-da Təhsil Nazirliyinin tabeliyində fəaliyyər göstərən 132-134 nömrəli təhsil kompleksində (Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 31A – İçəri Şəhər metrosu ilə üzbəüz) olmalıdırlar.