04.06.2018

Qobustan rayon ümumtəhsil məktəbləri üzrə VI-VII sinif şagirdləri arasında  fənn müsabiqəsinin birinci mərhələsi keçirilib

Qobustan rayon ümumtəhsil məktəbləri üzrə VI-VII sinif şagirdləri arasında rayonun  şəhər 2 saylı tam orta məktəbində fənn müsabiqəsinin birinci mərhələsi keçirilib. Müsabiqənin birinci mərhələsində rayonun 26 ümumtəhsil məktəbi üzrə 112 şagird iştirak edib.

 Fənn müsabiqəsinin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsi olub.

Müsabiqədən öncə Qobustan rayon Təhsil Şöbəsinin müdiri  Füzuli Gülalıyev müsabiqədə iştirak edəcək şagirdlərlə görüşüb. Görüş zamanı Füzuli Gülalıyev keçiriləcək fənn müsabiqəsinin əhəmiyyətindən danışaraq müsabiqə barədə şagirdlərə  geniş məlumat verərib. Sonda bütün şagirdlərə uğurlar arzulayıb.

 


Açar sözlər: ,  ,  ,  ,