29.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

        Qobustan rayon ümumtəhsil məktəblərindən Sündü, Çuxanlı, Təklə, Nabur, Cəyirli kənd tam orta və Çalov, Təsi, Sədəf, Cəyirli, Şıxzərli, Sündü kənd ümumi orta məktəblərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib. Rayonun Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində keçirilən tədbir digər məktəblərlə müqaisədə daha maraqlı olub.

        Tədbirdə Qobustan rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyev, rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cahid Nəzərov, məktəbin müəllimləri, şagirdlər. valideyinlər və qonaqlar iştirak edib.

        Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

     Tədbiri giriş sözü ilə məktəbin direktoru Ziya Məlikov açıb. Sonra Rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar geniş nitq söyləyib. Bir əsrdə Azərbaycan xalqının iki dəfə müstəqillik qazandığını və ikinci dəfə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qazanılmış müstəqilliyimizin əbədi olacağını məktəblilərə və bütün tədbir iştirakçılarına çatdırıb. Sonra tədbir şagirdlər tərəfindən hazırlanmış şeirlər və kiçik kompozisiyalarla davam etdirilib.

      Tədbirin sonunda Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cahid Nəzərov Şikar Şikarov adına Sündü kənd tam orta məktəbinin pedaqoji heyətinə və şagirdlərinə geniş və maraqlı tədbir hazırladıqları üçün öz təşəkkürünü bildirib.

 

 


Açar sözlər: ,  ,  ,  ,