24.05.2018

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi" 

Qobustan rayon Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi" ilə əlaqədar idman oyunları keçirilib.

Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideyinlər iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ziya Məlikov açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar məktəblilərə geniş məlumat verərək idman oyunlarının təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirib.Sonra tədbir şagirdlər tərəfindən idman yarışı ilə davam etdirilib.

 Sonda qalib komandalar mükafatlandırılıb.   

 

 


Açar sözlər: ,  ,  ,  ,