18.05.2018

 “Azərbaycan Xalq Cümhuriyyəti”nin yaranmasının 100 illiyinə həsr olunmuş oğlanlardan ibarət  Mini Futbol yarışı keçirilib

Qobustan rayon ümumtəhsil məktəb şagirdləri (2002-2003-cü təvəllüdlü) arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və İdman Mərkəzinin kütləvi idman tədbirlərinin təqvim planına əsasən “Azərbaycan Xalq Cümhuriyyəti”nin yaranmasının 100 illiyinə həsr olunmuş oğlanlardan ibarət  Mini Futbol yarışı keçirilib.

 Yarışda rayonun 14 ümumtəhsil məktəb komandası iştirak edib. Yarışın final mərhələsində şəhər 3 saylı tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II və  Ərəbqədim kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.

Yarışın sonunda qalib komandalar  Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin diplomları ilə mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,  ,