17.05.2018

Müharibə veteranları ilə görüş

Qobustan rayon  Təklə kənd tam orta və Çuxanlı kənd tam orta məktəblərində Qarabağ savaşı zamanı Qazi şərəfinə yüksəlmiş müharibə veteranları ilə görüş keçrilib.

Tədbirdə şagirdlər, müəllimlər və valideyinlər iştirak edib.

Görüş zamanı Sabirabad  rayon  Mədəniyyət  Mərkəzi əlilərdən ibarət   “Mübarizlər” qurupu Qarabağ hadisələrinə və Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş “ Gözlə Gəlirəm Şuşa ”  adlı ədəbi-bədii kompozisiya  ilə  çıxış  ediblər. Qazilərimiz vətənpərvərlik mövzusunda şeirlər söyləməklə bərabər, Qarabağ müharibəsi və aprel döyüşləri barədə şagirdlərə geniş məlumat verib.Görüş zamanı duyğulu anlar yaşanıb.

Tədbirin sonunda belə görüşlərin şagirdlər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə, onların mənfi təsirlərdən və pis vərdişlərdən uzaq olmalarına ciddi təsir göstərəcəyi vurğulanıb.


Açar sözlər: ,  ,  ,  ,