14.05.2018

 “psixoloji maarifləndirmə” adlı tədbir keçirilib

Qobustan şəhər 2 saylı tam orta məktəbində   “psixoloji maarifləndirmə” adlı tədbir keçirilib. Tədbirdə  IX, X ,XI sinif şagirdləri, valideynlər, sinif  rəhbərləri və digər müəllimlər iştrak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru  V. Mamedova  açıq elan edərək  bu cür tədbirlərin  şagirdlər üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə Qobustan Rayon Təhsil Şöbəsinin nəzdində Psixoloji-tibbi-pedaqoji Komissiyanın sədri Sevil Əhlimanova  “uşaqlarda aqresiya və gələcəkdə onun nəticələri”, “ narkomaniya”, “ intihar halları və onun baş vermə səbəbləri” mövzularında  çıxış edərək  həyat üçün  təhlükəli olan vacib məqamlara toxunub. Sonra  psixoloji maariləndirməyə aid  videoçarx nümaiş olunub.

Tədbir  qarşılıqlı diskusiya şəklində keçirilib.  1 saat davam edən tədbir  məktəbin müəllimi  M. Raqibin  “evimizin, ailəmizin, canımızın  və əlimizdə olanların qədrini bilək” fikri ətrafında etdiyi çıxışı ilə sona çatıb.

 


Açar sözlər: ,  ,  ,  ,