11.05.2018

 Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir

Qobustan rayonunda Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Qobustan rayon Təhsil Şöbəsinin müdiri  Füzuli Gülalıyev, ümumtəhsil məktəblərinin pedaqoji kollektivi  və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 Tədbir Qobustan rayon Heydər Əliyev parkında gül qoyma mərasimi ilə başlayıb.

Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxış edərək bildirib  ki, Bu gün bütün Azərbaycan xalqı öz xilaskarı, Ümummilli Lideri Heydər Əliyevin doğum gününü qeyd edir, Ulu öndərin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anır. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir: Lakin xalqımız bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun idealarına böyük sədaqət nümayiş etdirir. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin inkişafına, elm və təhsilin tərəqqisinə xüsusi diqqət yetirib, Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib.

Tədbir musiqili proqramlarla yekunşaşdırılıb.