08.05.2018

Qobustan məktəblilərinin daha bir uğuru

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və respublikanın  Təhsil, Gənclər  və İdman Nazirliklərinin birgə dəstəyi  ilə 04 may 2018-ci il tarixində Qəbələ rayonunda keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsi keçirilib. Zona mərhələsində Qobustan rayon Cəmcəmli kənd tam orta məktəbinin şagirdlərindən ibarət olan komanda yüksək əzmkarlıq nümaiş etdirərək  10 rayonun (Balakən, Zaqatala, Qax, Oğuz, Şəki, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı və Qobustan)  komandaları arasında üçüncü yerə laiq görülüb. Yarışmanın sonunda şagirdlərimiz diplomlarla təltif olunub.

Yarışın keçirilməsinin məqsədi  yeniyetmə və gənclərin fövqəlada hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, gənc nəsilə hərbi-vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliği olub.


Açar sözlər: ,  ,  ,