04.05.2018

Səməd Vurğun unudulmaz Azərbaycan şairi

        Qobustan şəhər 2 saylı tam orta məktəbində Azərbaycanın  tanınmış şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr edilmiş ədəbi – bədii tədbir keçirilib.Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı Ənvər Qayıbov, Qobustan şəhər 3 saylı tam orta məktəbin direktoru  Əlibəy Abduləzizov  və ədəbiyyat müəllimi Sədaqət Məhərrəmova, Qobustan rayon Mərkəzi Kitabxanasının  əməkdaşları iştirak edib.

        Tədbir şairin “Azərbaycan”  şerinə bəstələnmiş mahnı  ilə başlanıb.Sonra Səməd Vurğuna aid film təqdim olunub. Şairin bir sıra şeirləri  məktəb şagirdlərinin ifasında dinlənnilib.Tədbiri daha maraqlı edən isə VIII sinif şagirdlərinin  ifasında  “Vaqif” dramının birinci səhifəsinin səhnələşdirilməsi olub.

        Tədbirdə şairin  “ Unudulmuş məzar” , “Şair nə tez qocaldın sən” , “ Ceyran” “ Durnalar” , “ Deyirəm ki” və sair  şeirləri dinlənilib və müzakirə olunub. Hətta gələn qonaqlar da Səməd Vurğunun yaradıcılığına müraciət edərək  bir sıra şeirlər söyləyiblər.

        Sonda məktəbin  Olimpiada qalibləri təbrik edilərək Olimpiadanın Respublika turunda onlara uğurlar arzulanıb.

        Tədbir musiqili kompozisiyalarla sona çatıb.


Açar sözlər: ,  ,  ,  ,