02.05.2018

Qobustan rayon Ayaz Quliyev adına Cəyirli kənd tam orta məktəbində Şəhid Quliyev Ayaz Ağahüseyin oğlunun doğum gününə həsr edilmiş  anım tədbiri keçirilib

         02 may 2018-ci il tarixində Qobustan rayon Ayaz Quliyev adına Cəyirli kənd tam orta məktəbində Şəhid Quliyev Ayaz Ağahüseyin oğlunun doğum gününə həsr edilmiş  anım tədbiri keçirilib.Tədbirdə müəllimlər, şagirdlər,  kənd ictimayəti və şəhidin yaxınları iştirak edib.

        Tədbirə giriş sözü ilə başlyan məktəbin direktoru Məsud Əliyev şəhidin şərəfli həyat yolu haqqında geniş məlumat verib. Sonra şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilərək kiçik səhnəciklər nümaiş etdirilib.

     Tədbirin sonunda şəhidin qardaşı Səfər Quliyev çıxış edərək məktəbin şagirdlərinə və pedaqoji heyətinə öz minnətdarlığını bildirib. Tədbir məktəbin qarşısında qoyulmuş büstün ziyarəti və  din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunaraq başa çatıb.


Açar sözlər: ,  ,  ,  ,