17.04.2018

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri məlum olub

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri məlum olub.

Aprelin 7-də ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələrinə əsasən,Qobustan rayon ümumtəhsil məktəblərindən 5 nəfər şagird  Sündü kənd tam orta məktəbindən  Ağaverdiyev Aydın Habil oğlu tarix fənni üzrə, şəhər 3 saylı tam orta məktəbindən Alxasov Xamis Sakit oğlu Kimya fənni üzrə, şəhər 2 saylı tam orta məktəbindən Qasımov Nüsrət Fikrət oğlu və Məmmədli Kamal Zaur oğlu coğrafiya fənləri üzrə və Cəyirli kənd tam orta məktəbindən Məmmədova Humay Vüqar qızı tarix fənni üzrə yüksək nəticə toplayaraq Olimpiadanın Respublika mərhələsinin yarımfinal turunun qalibi olub.

Fənn olimpiadalarının yarımfinal turunda yüksək nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.