16.04.2018

Qobustan şəhər 1 saylı tam orta məktəbində Şahin hərbi-idman oyunları keçirilib

        14 aprel 2018-ci il tarixində “Şahin” hərbi-İdman oyunlarının əsasnaməsinə uyğun olaraq Qobustan rayon Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Qobustan rayon Şöbəsi və Qobustan rayon Gənclər  və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qobustan rayon ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında  Qobustan şəhər 1 saylı tam orta məktəbində Şahin hərbi-idman oyunları keçirilib.

        “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyuməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi- idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.

          Oyunlar 10 komanda arasında qarşılıqlı mübarizə əsasında aparılıb. Hərbi-idman oyunları zamanı Cəmcəmlı kənd tam orta məktəbi I, Ərəbşalbaş kəm tam orta məktəbi II və şəhər 3 saylı tam orta məktəbinin komandası isə III yerə laiq görülüb.

 


Açar sözlər: ,  ,  ,