10.04.2018

Qobustan rayonu üzrə Respublika fənn olimpiadalarının yarımfinal turunda 21 şagird iştirak edib 

Aprelin 7-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən,Qobustan rayon ümumtəhsil məktəblərindən 21 nəfər IX, X və XI sinif şagirdləri Olimpiadanın Respublika mərhələsinin yarımfinal turunda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıb.

Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 


Açar sözlər: ,  ,